14 oktyabr 2013 15:35
Kazbek Tuayev: Ruslar bu oyunun nəticəsi üçün tir-tir əsirlər
AFFA İcraiyyə komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya oyunu ilə bağlı fikirlərini bildirib.
“Rusiya mətbuatında müxtəlif mülahizələri qorxudan başqa heç nə ilə izah edə bilmərəm. Onlar sadəcə burada büdrəməkdən qorxurlar. Bizim pullarımızı sayaraq Rusiya səkkiz milyon avro itirməkdən qorxur. Mən başqa şey gözləmirdim. Onların komandası zəifdi. Nəticə var, amma heç bir oyun yoxdu”.
“Onlara dəyişmək lazımdı. Qoy lap bizə baxsınlar. İndi bizim yığmamız yüksəlişdədi. Beş illik müdafiə futbolundan sonra milli komandamız özümüzün sevilən futbolunu oynamağa başladı. Əminəm, bizimkilərə yaxşı oyun göstərmək müyəssər olacaq. Əgər Şimali İrlandiyaya qarşı ikinci hissədə və Moskvada oynadığımız kimi oynasaq, hər şey yaxşı olacaq. Düzü, mənə nəticə xüsusilə önəmli deyil. Axı biz qrupdan çıxmağa iddialı deyilik. Əsası yaxşı, mötəbər futbol göstərməkdi”.
“Rusiyalı mütəxəssislərin yığmanın şansları haqda mülahizələrinə gəlincə, mən hesab edirəm ki, Rusiyada mütəxəssis yoxdu. Əks halda müxtəlif komandalarda işləyərdilər. Mütəxəssis kimi yalnız ÇSKA prezidenti Yevgeni Gineri tanıyıram”.
“Səmədovun nə deməsindən asılı olmayaraq, ona öz adamımız kimi yanaşıram. O, nə istəsə hesab edə bilər. Qanı dəyişə bilməzsən. Komandamızı cəzalandırmaq istəyinə gəlincə, bacarsa, qoy cəzalandırsın. Kor-kor, gör-gör, aydındı ki, onlar bu oyunun nəticəsi üçün tir-tir əsirlər”.
