14 oktyabr 2013 17:28
Georgi Çerdantsev: Rusiya yığmasının yeganə mənfi cəhəti azarkeşləridir
Rusiyanın futbol şərhçisi Georgi Çerdantsev Azərbaycan və Rusiya yığmaları arasında oyun öncəsi sualları cavablayıb. Azerisport.az müsahibəni diqqətinizə çatdırır:
Sizin Rusiya KİV-də müsahibələrinizlə tanış oldum və mənə elə gəlir ki, komandamızdan ehtiyat edirsiniz. Belədirmi?
Bir neçə şeydən ehtiyat edirəm. Birincisi, komandamız həlledici oyunlara çıxanda problemlərlə üzləşir. Müəyyən nəticə tələb olunan oyunlarda çətinliklərlə üzləşdiyimiz çoxlu oyunları xatırlayıram.
Ancaq şərhləri ötən Cümə oyunlarına qədər vermişdim. Məhz Portuqaliya - İsrail oyununa qədər. Prinsipcə Rusiya yığmasını heç-heçə də təmin edir, ancaq düşünürəm ki, problemlər olmayacaq. Komandanıza hörmət əlaməti olaraq, Rusiya yığmasının məğlubiyyəti mövzu deyil.
Ancaq Azərbaycan yığması Rusiya komandasının qalib gələ bilmədiyi Şimali İrlandiya komandasını məğlub edib…
Kimin kimi məğlub etməsi əsas deyil. Aydındır ki, Azərbaycan yığması yaxşı məşqçisi olan yaxşı komandadır. Bu komanda futbol oynamağı bacaran, bu mərhələdə buna dəfələrlə şahidlik etdiyimiz komandadır.
Əlbəttə, əgər Portuqaliya İsraili məğlub edə bilsəydi, mənim Azərbaycanla bağlı ehtiyatım dəfələrlə yüksələrdi. İndi isə, təkrar edirəm, heç-heçə bizi qane edir və ümid edirəm ki, Rusiya yığması səhv buraxmayacaq.
2009-cu ildə azarkeşlər arasında baş vermiş xoşagəlməz hadisə təkrarlana bilər?
Bəli, qorxuram ki, xoşagəlməzliklər ola bilər. Bu, artıq Lüksemburqda baş verib. İndi Rusiya yığmasının yeganə mənfi cəhəti azərkeşləridir. Ümid edirəm ki, buna bir son gələcək. Onlar komandamızı pis vəziyyətdə qoyur. Bakıya kimin gedəcəyini bilmirəm, ancaq azarkeşlərin toqquşması mümkündü.
Azərbaycan yığmasında kimi fərqləndirərdiniz?
Mən Azərbaycan yığmasının futbolçularının karyerası və oyununu ciddi izləmirəm. Bilirəm ki, Rusiya çempionatında Ruslan Abşışov oynayır. Ancaq belə xüsusiliklə Azərbaycan yığmasının oyunçularını tanımıram.
Azərbaycanla oyunda məğlubiyyəti Kapello üçün faciə hesab etmək olar?
Bu, faciə olar. Kapello niyə? Bu, dünya çempionatına düşmək istəyən mənim ölkəm üçün faciə olacaq. 12 il ərzində ilk dəfə olaraq biz bu məqsədə yaxınıq. Bu imkanı qaçırmaq faciədir.
