14 oktyabr 2013 17:53
RFİ: Fanatları Azərbaycan qanunlarına hörmət etməyə səsləyirik
Rusiya futbol ittifaqı sabah Azərbaycan yığmasına qarşı oyunda komandanı dəstəkləyəcək azarkeşlərə müraciətlə çıxış edib. Azerisport.az müraciəti diqqətinizə çatdırır:
“Oktyabrın 15-də Bakıda futbol üzrə Rusiya yığması futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirəcək. Məhz bu oyunun yekun nəticəsinə görə kimin seçmə qrupda birinci yeri tutacağı və Braziliyada keçiriləcək birinciliyə vəsiqəni əldə edəcəyi məlum olacaq.
Rusiya futbol ittifaqı Rusiya yığmasının azarkeşlərini tamaşaçıların davrnış qaydalarına, ictimai asayişə riayət etməyə, rəqibə və olduqları ölkənin qanunlarına hörmətə, stadionda pirotexniki vasitələr və digər qadağan edilmiş əşyaları istifadə etməməyə səsləyir.
Xatırladaq ki, milli komandamızın iştirakı ilə keçirilən oyunlar futbol üzrə beynəlxalq nizam-intizam orqanlarının diqqət mərkəzindədir.
Rusiya yığmasını bu həlledici oyunda təmiz oyun ruhunda dəstəkləyək”.
