15 oktyabr 2013 11:27

Vasili Berezutski: Bakıda 4:0 hesabıyla qalib gəlsək...

Rusiya yığmasının müdafiəçisi Vasili Berezutski müsahibəsində dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Azerisport.az müsahibəni diqqətinizə çatdırır:
 
Lüksemburqda nisbətən asan qələbə qazandınız. Azərbaycan iki dəfə Lüksemburqla heç-heçə oynayıb. Bu o deməkdirmi ki, Bakıda da hər şey yaxşı olacaq, yoxsa bu iki yığma bir-birindən prinsipial fərqlənir?
Əlbəttə, fərqlənirlər. Azərbaycanlılar fərdi baxımdan çox güclüdürlər. Amma Lüksemburq mənə daha mütəşəkkil göründü: onlar hətta böyük hesabla məğlub ikən eyni sxemə sadiq idilər. 0:4 hesabına baxmayaraq komanda dağılmadı. Mənə elə gəlir ki, azərbaycanlı oyunçular meydanda asudəliyə daha meyllidirlər.
 
Maoskva görüşü sizin bu fikrinizi təsdiqləmir. Azərbaycanlılar bu oyunu çox intizamlı keçirdilər. Düzdü, çətin ki evdə onlar cərimə meydançasında “avtobusla” müdafiə olunsunlar...
Bu, bizə sərf edir. Digər tərəfdən, azərbaycanlıların oyuna köklənməsi Lüksemburq komandasından fərqli olacaq. Çox güman ki, dəridən-qabıqdan çıxacaqlar.
 
Bakı mətbuatı yığmalarının qələbəsi təqdirində vəd olunmuş rekord mükafat haqda iştaha ilə danışır.
Bax bu, bizə heç aid deyil. Niyə bunu car çəkirlər, nəyə nail olmaq istəyirlər, öz işləridir. İstənilən məbləği vəd etmək olar. Ancaq pul meydanda vəziyyəti əminəm ki, prinsipial baxımdan heç vaxt dəyişmir. Əgər üçüncü liqa oyunçularına milyon vəd etsələr onlar “Barselona”nı udacaqlar?
 
Bu, belədir. Ancaq bizim halda səviyyə fərqi elə də çox deyil. Təsəvvür edin ki, rəqib doğrudan da fövqəladə köklənmiş olsun. Bəs onda? Oyunun nəticəsi üçün həyəcan yoxdur ki?
Yox, çünki biz də pis köklənməyəcəyik. Bizim qarşımızda yüz min dollar ya nə qədərsə vəd deyil, dünya çempionatında iştirak qoyulub. Bu, istənilən puldan qiymətlidir.
 
Yığmanın Bakıya ötən səfərində siz yox idiniz.
Bəli, evdə qalmışdım. 39 dərəcə qızdırma ilə. Onda Lyoxa və İqnaşeviç oynayırdı. Amma Bakıda ÇSKA ilə olmuşam. Çempionlar liqasının təsnifatında “Neftçi” ilə görüşürdük. Amma nəyisə müqayisə etmək mənasızdı. O vaxtdan çox sular axıb.
 
Bəs komandamızın bu mərhələdə evdə Azərbaycan yığması ilə oyunda çətinlikləri barədə nə deyə bilərsiniz?
Rəqib çox yaxşı müdafiə olunurdu. Biz isə Portuqaliya ilə çətin oyundan sonra heç də yaxşı halda deyildik. Əsası, biz qalib gəldik.
 
Səfər oyunlarında dəqiq qanunauyğunluq müşahidə olunur: Rusiya yığması ya 4:0 qalib gəlir, ya 0:1 məğlub olur. Bu dəfə nə gözləyək?
Yaxşı sualdır (fikrə gedir). Belə deyərdim: Siz savadlı insansınız, başa düşməlisiniz: hər hansı qanunauyğunluğu müəyyən etmək üçün dörd oyun azdır. Bax, əgər biz yenə 4:0 hesabı ilə qalib gəlsək...
 
Əgər 0:1 məğlub olsanız?
Bu haqda heç düşünmək lazım deyil.
 
Portuqaliyadakı oyunun nəticəsini bilsəydiniz, Lüksemburqda ikinci hissəni fərqli oynayardınız, axı indi top fərqi öz işini görə bilər.
Mən artıq dedim: Bu variant haqda söhbət gedə bilməz. Ümumiyyətlə, ən gülməlisi bizim oyunların paralel keçirilməsi təqdirində baş verə bilərdi.
 
Niyə?
Biz Lüksemburq aeroportuna yollanan avtobusda Portuqaliya - İsrail oyununun nəticəsini bilib on beş dəqiqə xalların bərabərliyi halında kimin qrupdan çıxacağını aydınlaşdırırdıq.
 
Əgər oxşar hal oyunun gedişində baş versəydi?
Bilirsiniz, Lüksemburq yığması elə də zəif komanda deyil ki, onlara astronomik sayda çox qol vura biləsən. Yəqin ki, biz böyük hesabla qələbə qazana bilərdik, amma təkrar edirəm, bu prinsipial deyil. Vəziyyət sadə və aydındı: biz Bakıya heç-heçə üçün deyil, heç minimal hesablı məğlubiyyət üçün də yox, qələbə dalınca gedirik.
 
Yaxşı, bu mövzunu bağlayaq. Amma bir sual da verim: Bakıda oynayacaqsınız? Axı Bazar günü siz ümumi qrupda işləmirdiniz.
İşləmirdim, çünki bərpa olunurdum. Oynamağa hazırlaşıram. Ancaq son söz məşqçinindir.
 
Sonda soruşmaya bilmərəm: oyunçular başa düşürmü ki, dünya çempionatına çıxış şansını itirsələr onlar tarixə düşəcəklər? Doğrusu, tarixə həkk olunacaqlar.
Əlbəttə. Ancaq biz pis şeylər haqda düşünmürük. Bu, ancaq mane olur.
 
Bu pis şeylərdən mümkün qədər sığortalanmaq üçün nə etmək lazımdı?
Meydana tam toparlanmış halda çıxmaq lazımdı. Hamı gözəl başa düşür ki, Çərşənbə axşamı keçiriləcək oyun bizim iki illik işimizin yekun nəticəsi olacaq. Bunu şəxsi qeyri-mütəşəkkilik ucbatından boşa vermək səfehliyin zirvəsi olardı. Biz öz gücümüzü bütünlüklə verməyə hazırıq. Hətta 100 deyil, 120, 150 və hətta 200 faiz ki, dünya çempionatına getmək arzumuzu reallaşdıraq. Azarkeşlərə belə də çatdırın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.