15 oktyabr 2013 12:03

Yuri Syomin: Stadionda boş yer qalmayacaq

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin müsahibəsində klubdakı işi, Rusiya və Türkiyə çempionatlarına marağı haqda danışmaqla yanaşı, Azərbaycan yığmasının ən yaxşı oyunçularının adı çəkib. Azerisport.az müsahibəni diqqətinizə çatdırır:
 
Bakıdakı oyuna gələcəksiniz?
Mütləq
 
Nə duyursunuz?
Məncə? psixoloji baxımdan komandalar qapanmayacaq. Buna görə də fövqəladə vacib tapşırığın yerinə yetirilməsi üçün daha maraqlı futbol göstərəcəklər. Amma asan oyun olmayacaq.
 
Rusiya yığmasının ustalıq baxımından daha üstün olmasına rəğmən?
Bəli. Azərbaycan 90-cı illərdə çox çətin dövr yaşayıb. İqtisadiyyat və siyasət bütöv bir idmançı nəslinin inkişafını əngəlləyib. Ölkədə Banişevski, Tuayev kimi ustalar yoxdu. Amma onların peyda olması üçün əlamətlər var. Klublar və federasiya bu yöndə çox iş görürlər. Siz özünüz Qəbələdə olan infrastrukturu görmüşünüz. Akademiya, meydan, komandanın yaşadığı gözəl mehmanxana. Sonralar “Qəbələ”nin mütləq öz bazası olacaq. Bütün bunlar tezliklə yüksək səviyyəli futbolçuların axınına ümid verir.
 
Azərbaycanda Rusiya premyer-liqasında itib-batmayacaq oyunçular var?
Şübhəsiz. Oyunçular və həm də məşqçilər. “Qəbələ”də düşünürəm ki, iki-üç legioner.
 
Limit sizi “boğur”?
Problem var. Burada meydanda dörd azərbaycanlı olmalıdır. Onlardan biri 19 yaşından cavan. Yəni, onu əvəzləyirsənsə, digər gənc oyunçu ilə əvəzlənməlidir. Gəl, düşün. Hazırlığa diqqət elə, Əvəzedicilər yoxla. Hara gedəsən? Həftədə bir dəfə əsas heyətlə əvəzedicilər arasında oyun təşkil edirəm. Ən yaxşı ehtiyat oyunçuları birinci komandaya götürürəm.
 
Azərbaycanda əvəzedicilərin çempionatı var?
Hər şey bizdəki kimidir. Amma 10 komanda dörd dövrədə yarışır.
 
Bu komandalardan yeddisi Bakıda oynayır?
Paytaxta tez-tez gedirik. Amma bu, Vladivostokdan uçuş deyil axı. Avtobusla üç saat. Lənkərana isə beş saat.
 
Niyə Şimali İrlandiya ilə oyunda Bakının on bir minlik stadionu tam dolmamışdı?
Yığma çoxdan idi ki, qələbə qazanmırdı. Buna görə də camaat yığmanın uğurunu bir az ehtiyatla gözləyir. Amma Rusiya ilə oyuna bu, aid deyil. Stadionda boş yer olmayacaq.
 
Sizcə Azərbaycan yığmasının oyununu kim müəyyən edir?
Qapıçı Ağayev - sabit və güclüdür. Hücumçu Əliyev. Yarımmüdafiəçi Abdullayev. Müdafiəçi Sadıqov.
 
Bəs “Rubindən” Abışov?
O da bu siyahıdadır.
 
Siz doğrudan onu “Rubindən” ələ keçirmək istəyirsiniz?
Biz komandanın azərbaycanlılar qanadını gücləndirməyin əleyhinə deyilik.
 
“Qəbələ” öz sahibinə il ərzində hansı məbləğə başa gəlir?
Dəqiq məbləğ deyə bilmərəm. Əgər müqayisə etsək, yəqin ki, biz Rusiya premyer-liqasının aşağı səkkizliyinin komandalarına yaxınıq. Ancaq ortabab Azərbaycan klubunun büdcəsi düşünürəm ki, 10 milyon dollar olar. Düzdü, bura əməkhaqqılar aşağıdı və uçuşlar yoxdu. Bununla belə, bütün tələblər sahibkarlar tərəfindən vaxtında və tam həcmdə həyata keçirilir.
 
Futbol səviyyəsində “Qəbələ” Rusiyada nəyə iddia edərdi?
Qiyabi müqayisəyə hazır deyiləm. Bax, “Rubin” “Neftçi” ilə oynamışdı. Səfərdə kifayət qədər inadcıl oyunda 1:0 qələbə qazandı. Nəticə çıxarın.
 
Azərbaycanda Rusiya çempionatına maraq var?
Bəli, bizim liqaya burada baxırlar. Ancaq Türkiyə liqasına daha həvəslə baxırlar.
 
Siz də baxırsınız?
Əlbəttə.
 
Azərbaycanda futbolla bağlı olmayan nə xoşunuza gəlir?
Çox gözəl mehmanxanalar, spa-proseduralar, hamamlar, trenajor zalları, tennis kortları. Çay əlbəttə, və ən nəhayət heyranedici Azərbaycan plovu. O özbək plovundan az yağlıdı. Müasir Bakı isə yəqin ki, ikinci Əmirliklərdir.
 
Qəbələdə darıxdırıcı deyil?
Darıxanda evə uçuram. Ya da yaxşı futbolu seçirəm. Yeri gəlmişkən, Braziliyaya dünya çempionatına getmək üzərində çalışıram. Ora mehriban bir dəstə getməyə hazırlaşırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.