15 oktyabr 2013 12:20
Vasili Utkin: Kazbek Tuayev - əfsanədi və sərt mülahizələri özünə rəva görə bilər
Rusiyanın futbol şərhçisi Vasili Utkin Azərbaycanın futbol veteranı Kazbek Tuayevin sərt mülahizələri ilə bağlı fikrini bildirməklə yanaşı, Azərbaycan - Rusiya oyunu haqda fikir söyləyib. Azerisport.az şərhçinin fikirlərini çatdırır:
“Kazbek Tuayev - Azərbaycan futbolunun əfsanəsidir. O, çox sərt mülahizələri ilə məşhurdur. Bir əfsanə kimi o, bunu özünə rəva görə bilər. Onun bu oyuna marağı artırması çox yaşıdır. Sabah Bakıda böyük bayram - Qurban bayramıdır. Əlbəttə ki, Azərbaycan yığması öz xalqını sevindirmək istərdi. Özü də bu yığmada beş-altı illə müqayisədə daha çox azərbaycanlı var.
Azərbaycan yığması ilə bu oyunda əsas nəticədir. Bu, hətta gözləniləndən də yaxşıdır. İsrail Portuqaliyadan xal ala bildi. Bizım yığmanın Azərbaycana məğlub olmayacağını hesab etmək haqqımız var. Fabio Kapello ona qələbə lazım olduğunu deyir, bəs o başqa nə deməlidir? Bakıda heç-heçə oynamaq çox qəribə olardı”.
