15 oktyabr 2013 12:25
Karpin: Rusiya Azərbaycanı məğlub edib dünya çempionatına yollanacaq
Moskva “Spartakının” baş məşqçisi Valeri Karpin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Azerisport.az Karpinin fikirlərini diqqətinizə çatdırır:
“Heç nə demək lazım deyil. Futbolçular yumşaq desək, artıq oynamağa alışmış böyük adamlardır. Özü də bu, yığmadı. Çoxları üçün bu, dünya çempionatına getmək üçün son şansdı. Əgər bu adamlara nəsə demək lazımdırsa, onda futbolla vidalaşmaq lazımdı. Əminəm ki, Rusiya yığması Azərbaycan yığmasını məğlub edib dünya çempionatına yollanacaq”.
