15 oktyabr 2013 12:35
Valeriy Keçinov: Rusiyaya 1:0 hesablı qələbə ehtimal edirəm
Keçmiş SSRİ və Rusiya yığmasının keçmiş futbolçusu Valeriy Keçinov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Azerisport.az Keçinovun fikirlərini diqqətinizə çatdırır:
“Düşünmürəm ki, oyunçular turnir cədvəli üzərində baş sındıracaqlar. Bir əhval olacaq - qələbə qazanmaq və bunu bacardıqca inamla həyata keçirmək. Seçmə mərhələnin belə yekunu azarkeşlər üçün əsl hədiyyə olacaq. Amma asan oyunu gözləməyə dəyməz. Bizim oyunçular layiqli oyun və yaxşı nəticə göstərməlidir. Başqa heç nə təxmin edilmir. Rusiyaya 1:0 hesablı qələbə qoyuram”.
