15 oktyabr 2013 12:45
Aleksandr Mostovoy: Hər şey bizə təklif ediləcək oyundan yox, bizim necə oynayacağımızdan asılı olacaq
Rusiya yığmasının keçmiş yarımmüdafiəçisi Aleksandr Mostovoy dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Azerisport.az Mostovoyun fikirlərini diqqətinizə çatdırır:
“Azərbaycanlılar Şimali İrlandiyanı məğlub etdilər. Bu oyuna baxmışdım. Oyun bərabər səviyyədə keçdi. Ona görə də kütləvi üstünlükdən danışmaq düz olmazdı. Hər şey Azərbaycan yığmasının bizə təklif edəcəyi oyundan deyil, bizim necə oynayacağımızdan asılı olacaq. Zaman dəyişib. Əgər bizdə əvvəllər çox şey başqa komandaların oyunundan asılı idisə, indi portuqaliyalılar bizim oyunlarımızın nəticəsi ilə istiqamətlənirlər. Rusiya yığmasının səviyyəsi indi başqadır”.
