Ramin Musayev: Niyə İnterin adı İnter Keşlə olmasın?
8 noyabr 2013 16:05
PFL prezidenti Ramin Musayev bildirib ki, oyunlara azarkeşlərin az gəlməsində klublar günahkardır. Azerisport.az xəbər verir ki, Musayev bunları söyləyib:
“Stadiona az adamın gəlməsində klublar günahkardır. PFL-in burda təqsiri yoxdur. Paytaxtı neçə klub təmsil edə bilər?”, deyə Ramin Musayev sözə başlayıb.
Musayev bir neçə il qabaq AFFA prezidenti Rövnəq Abdullayevin təklifi ilə komandaların adlarının dəyişdirilməsini xatırlayıb: “Olimpik” “Olimpik-Şüvəlan” oldu, azarkeşləri çoxaldı”.
“Qoy “İnter”in adını “İnter-Keşlə”yə dəyişsinlər. Mən hesab edirəm ki, Keşlə “İnter”dən daha böyük brenddir. “Bakı” “Biləcəri” olsun. “Rəvan” da adını dəyişsin. Onda bu komandaları həmin qəsəbələrin sakinləri dəstəkləyəcək”, deyə PFL prezidenti hesab edir.
“Həmişə istəmişəm ki, “Qarabağ” Quzanlıda oynasın. Ancaq futbolçular təsdiq edər ki, orda oyun keçirməyə şərait yoxdur. Mən kömək etməyə hazır idim, ancaq məqsədimə çatmadım”, deyə Musayev etiraf edib.