2 yanvar 2014 13:00
Kalonas: Pantiç bu nəticə qarşılığında çoxdan qovulmalıydı
"Bakı"nın hücumçusu Mindauqas Kalonas transferə çıxarılmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Karyeramda ilk dəfə komandanın bombardirinin transferə çıxarılması ilə rastlaşıram. Hərdən düşünürəm ki, yəni baş məşqçi üçün komandanın nəticə qazanması yox, ancaq öz prinsipləri vacibdi? Klub rəhbərliyi böyük pullar xərcləyir. Amma qarşılığında nəticə yoxdu. Bu cür nəticənin müqabilində Milinko Pantiç çoxdan qovulmalıydı. Lakin qüruru buna imkan vermir. Zaman hər şeyi yerbəyer edəcək".