3 yanvar 2014 00:35
Slavik Alxasov: Ümid edirəm ki, Xəzər Lənkəranda hər şey yaxşı alınacaq
"Xəzər Lənkəran"ın yeni transferi Slavik Alxasov cənub klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində gənc müdafiəçi bunları söyləyib:
"Çox şadam ki, "Xəzər Lənkəran" kimi komandaya keçdim. Ümid edirəm ki, burada məndə hər şey alınacaq. Özümü sübut edib, əsas heyətə düşməyə çalışacağam".
"Çox şadam ki, "Xəzər Lənkəran" kimi komandaya keçdim. Ümid edirəm ki, burada məndə hər şey alınacaq. Özümü sübut edib, əsas heyətə düşməyə çalışacağam".
20 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Neftçi"dən prinsipial rəqibin düşərgəsinə transfer olunmasını belə şərh edib: "Bu, mənə təsir etmir. Artıq mənim komandam "Xəzər Lənkəran"dı. Bundan sonra bu komandanın uğurları üçün çalışacağam".
