20 may 2014 11:20
AZAL-dan gedənlərin adı məlum oldu
AZAL-ı tərk edən futbolçuların adı məlum olub. Azerisport.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov rəhbərliyə siyahı təqdim edərək komandadan çıxarmaq istədiyi oyunçuların adını açıqlayıb.
Siyahıda Rey Məmmədbəyli, Branislav Arseniyeviç, Samuel Barlay, Junior Aylton, Nedo Turkoviç, Axtam Xamrakulov, Emin Cəfərquliyev, Elçin Sadıqov və Qərib İbrahimovun adları yer alıb.
Müqavilə müddəti bitən Viktor İqbekoyi, Cahangir Həsənzadə və Aleksandr Şemonayevlə danışıqlar davam etdirilir. Əgər tərəflər razlığa gəlsələr, sonuncu üç futbolçu AZAL-da qalacaq.
