9 mart 2015 11:30

Cavid Tağıyev: Reynaldonun yoxluğu hiss olunmurdu

"Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyevin azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la oyun (1:0) barədə nə deyə bilərsiniz?
- "Xəzər Lənkəran" yaxşı komandadır. Gənclərdən qurulmuş komandadır. Bu, hiss olunurdu. Amma biz oyunun asan keçməyəcəyini bilirdik. Ona görə də ciddi hazırlaşmışdıq və qələbə qazandıq. Fikrimcə, layiqli qələbə oldu.

- Bəzi epizodlarda "Qarabağ"da son nöqtəni qoyan oyunçu çatışmazlığı hiss olunurdu. Sanki, Reynaldo çatışmırdı...
- Bəli, bəzi epizodlarda gecikirdik. Amma Vüqar Nadirov hücumda yaxşı təsir bağışladı. Reynaldonun yoxluğunu elə də çox hiss etdirmədi.

- "Qarabağ" ancaq avtoqoldan sonra özünə gəldi...
- Yəqin ki, qonaqlar buraxılan qoldan sonra ruhdan düşdülər. Bu da bizə sərf etdi. İkinci hissə başlayan kimi hesab açıldı.

- Qurban Qurbanov fasilədə nə dedi?
- Daha diqqətli oynamağımızı tapşırdı.

- Sizi əsas heyətin üzvlərindən saymaq olar?
- Arxayınlaşmıram. Özümü əsas heyət oyunçusu saymağım düzgün çıxmaz. Belə yanaşmaq olmaz. Daha çox məşq etməliyəm ki, əsas heyətdəki yerimi qoruyum.

- Siz də razılaşırsınız ki, çempionluq mübarizəsi sona kimi "Qarabağ"la "İnter" arasında gedəcək?
- Bəli. Çünki onlar bizə daha yaxındırlar. Xal fərqi altıya bərabərdir. Asan olmayacağını bilirik. Amma xal itirməməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.