20 mart 2015 00:50
Roman Qriqorçuk: Bizim istirahətimiz digər klublardan daha uzun sürəcək
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasında yaranan fasilə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə fasilələrə sakit yanaşmaq lazımdır. Belə vəziyyətlərdə nəyi necə etməyin lazım olduğunu bilməlisən. Bu fasilə ilə yanaşı biz 27-ci turda da istirahıt etməli olacağıq. Ona görə bizim istirahətimiz digərlərindən daha uzun çəkəcək. Bunu nəzərə alaraq, futbolçuları martın 23-dək buraxmışam. Deməzdim ki, bunun mənfi təsiri çox olacaq. Məşqlərə düzgün yanaşacağıq ki, AZAL-la aprelin 5-də keçiriləcək oyuna qədər tam hazır olaq. Bu müddət ərzində komandanı bir yoxlama oyununda sınaqdan keçirməyi də istərdim".
