18 iyun 2015 17:45

Elnur Cəfərov: Əslində daha böyük hesabla qalib gəlməli idik

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Elnur Cəfərov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

"Oyunun çətin keçəcəyini gözləyirdik. Çünki Farer adaları yığması da uduzmamaq üçün mübarizə aparırdı. Oyunun səfərdə keçməsi də bizim üçün çətinlik yaratdı. Ancaq uşaqlar mübarizədən qopmadılar və sonda istəyimizə çatdıq.

Qrupun güclü komandalarından biri ilə qarşılaşsaydıq, bəlkə də bu qədər çətin olmazdı. Farer adalarının oyunçuları “ikinci mərtəbə”də güclüdür. Əksər oyunçuları ucaboydur. Amma bundan çəkinmədik. Onlara təhlükəli epizodlar yaratmağa imkan vermədik. Həm də başla yaxşı oynadıqlarını nəzərə alıb künc zərbəsi vurmaq şansı qazanmalarına imkan vermirdik.

Onlar çox aqressiv idilər. Hətta buna görə qırmızı vərəqə də aldılar. Səbəbi isə öz meydanlarında oynamaları, xal qazanmaq istəmələri idi.

Birinci hissədə biz üstün tərəf idik. Onlara heç bir şans vermədik. Hesab əslində böyük olmalı idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.