11 avqust 2015 12:15

Nika Kvekveskiri: İnter həm sürətdə, həm də fərdi mübarizələrdə XL-dən geri qaldı

"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri ilk oyunla (0:2) bağlı azerisport.az saytına müsahibə verib.

- İlk turdakı məğlubiyyəti nə ilə izah edə bilərsiniz?
- Bu oyundan bir neçə gün öncə Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubu ilə çətin matçımız olmuşdu. Ona görə də tam bərpa prosesi keçə bilməmişdik. Vaxt çox az idi. "Atletik"lə oyunlar bizi yormuşdu. "Xəzər Lənkəran" bizi həm fərdi oyun baxımından, həm də sürətdə üstələdi. Erkən qol isə bizim üçün şok effekti yaratdı. Buna baxmayaraq, yenə də qol vurmaq üçün şansımız var idi. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Ümid edirəm ki, növbəti oyunlarda belə səhvləri təkrarlamarıq.

- Siz "Xəzər Lənkəran"ın yeni transferlərsiz oynayacağını bilirdiniz?
- Bu komandanın yeni transferlərinin kimlər olduğunu bilmirəm. İstənilən halda bizə qarşı oynayan futbolçuların hamısı sonadək mübarizə apardı. Onlar yaxşı oyun sərgilədilər.

- Növbəti rəqibiniz "Neftçi"dir. Bu qarşılaşmadan nə gözləyirsiniz?
- Səhvlərimizi aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Elə oynamalıyıq ki, uğurlu nəticə qazanaq. Amma bunun asan olmayacağını bilirik. "Neftçi"yə qalib gəlmək üçün maksimum güc sərf etməliyik.

- "Xəzər Lənkəran"la oyun sizin Premyer Liqamızdakı ilk matçınız oldu. Təəssüratlarınız necədir?
- 3-4 turdan sonra Azərbaycan futbolunu daha yaxşı tanıyacağam. Yalnız ondan sonra Azərbaycan və Gürcüstan futbolu arasında müqayisələr apara bilərəm. İndi isə sadəcə onu deyə bilərəm ki, sizdə də bizdəki kimi texnikalı futbolçular çoxluq təşkil edir.

- Sizin Azərbaycanda oynamaqla Gürcüstan yığmasına dəvət almağınız nə dərəcədə realdır?
- Gürcüstan yığmasına dəvət almaq ən böyük arzularımdan biridir. Ümid edirəm ki, bu arzuma çatacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.