Tərlan Əhmədov: Bu büdcə ilə xalq komandasına qalib gəldiksə...
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyunçularımızın son oyunlardakı çıxışından razıyam. Sadəcə, qələbə çatışmırdı. Uşaqlara da demişdim ki, heç olmasa fasiləyə qələbə ilə getmək lazımdır. Şadam ki, bu gün qələbə qazandıq. Qış fasiləsi zamanı dəyişikliklər olacaq, amma elə də çox yox. Cibimizə uyğun davranmağa çalışacağıq. Klubun büdcəsinin 150 min olduğunu nəzərə alsaq, Şüvəlanda hazırlıq keçəcəyik. Heç bir yerə getməyə hazırlaşmırıq. "Neftçi"yə qalib gəlməyi hamı istəyir. Bu büdcə ilə xalq komandasına qalib gəldiksə, deməli, qarşıda bizi daha keyfiyyətli oyun gözləyir".