Qurban Qurbanov: Oyundan razı qaldım
17 dekabr 2016 19:20
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Maraqlı görüş oldu. Xüsusilə də ikinci hissə çox maraqlı alındı. "İnter"lə oyunlarımız həmişə çətin alınır. Oyunçularımızın yüz faizlik qol epizodarı olsa da, onlardan yararlana bilmədilər. Qol vura bilməməyimizə səbəb axtarmaq lazım deyil. Futbolçulara da soyuq idi. Təbii ki, qol epizodları zamanı diqqətli oynamaq lazımdır. Amma rəqib qapıçı da bu gün yaxşı çıxış etdi. Oyundan razı qaldım. Futbolçulara və azarkeşlərə minnətdaram". (СВС)