Zaur Svanadze: Qarabağa qarşı layiqli mübarizə apardıq
17 dekabr 2016 19:30
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün bir xal qazanmağımızdan razı qaldım. Çətin oyun oldu. "Qarabağ"a qarşı aparıcı futbolçuların yoxluğunda mübarizə aparmaq asan ola bilməz. Amma komandamız layiqli mübarizə apardı. İkinci hissədə rəqib təzyiq edərkən bəxtimiz gətirdi. Hər şey öz axarı ilə gedir. Çempionatda üçüncüyük, kubokda da mübarizəmizi davam etdiririk". (СВС)