Şeydayevsiz Trabzonspor da liderə uduzdu
17 dekabr 2016 22:45
Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi səfərdə lider, hələ də məğlub olmayan "İstanbul Başakşehir"lə qarşılaşıb. Ramilin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Şeydayevin adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 15 turdan sonra 18 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.