Samir Abasov: Bu mövqeyi finişədək qorusaq...
18 dekabr 2016 00:40
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Sevinirəm ki, mövsümün ilk yarısını 4-cü yerdə bitirdik. Tətilə yüksək əhval-ruhiyyədə yollanmağı bacardıq. Hava şəraiti futbol üçün əlverişli deyildi. Belədə, vuruşmaq, əzmkarlıq göstərmək lazım idi ki, bunu da uşaqlar etdi. Tələsməyək, çünki bu, marafonun yarısıdı. Bu mövqeyi finişədək qorusaq, onda bayram etməyə dəyər".