Qurban Qurbanov: Beşiktaşla oyunun bizim üçün faydası çox olacaq
18 dekabr 2016 01:00
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Beşiktaş" klubu ilə yoldaşlıq oyunu keçirəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Türkiyədə “Beşiktaş”a simpatiyam var. Bu kluba azarkeşlik edirəm. Oyuna gəlincə, rəhbərlik səviyyəsində danışıq olub. Amma oyunun nə vaxt keçiriləcəyini bilmirəm. "Beşiktaş" rəsmiləri Bakıya gəlməlidirlər, ondan sonra vaxt təyin etməliyik. Bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq".