Eminlə Kamran oynadı, Boavişta səfərdə 1 xal qazandı
18 dekabr 2016 22:30

Futbol üzrə Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Tondela" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Kamran yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Emin isə 46-cı dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, "Boavişta" hazırda 14 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.