Ufuk Budak oynadı, komandası yenə uduzdu
18 dekabr 2016 23:00
Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Adanaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Start heyətdə meydana çıxan Ufuk 88-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib.
Qeyd edək ki, "Kayserispor" 15 turdan sonra 9 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.