Erat oynamadı, Duysburq liderliyini qorudu
18 dekabr 2016 23:15
Almaniya üçüncü Bundesliqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Zviçkau" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Erat bu oyunu da sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duysburq" 19 turdan sonra 35 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.