"Prosineçki gələn il ən yaxşı məşqçi seçilə bilər"
19 dekabr 2016 00:05
Azərbaycan yığmasının sabiq hücumçusu Fizüli Məmmədov bu ilin ən yaxşı məşqçisinin kimliyinə dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan futbolunda ilin ən yaxşı məşqçisi Qurban Qurbanovdur. Onun klubu - "Qarabağ" sabit oyun göstərdi. Bunda da Qurbanovun xidməti böyükdür. Sabitliklə yanaşı, komandanın gözəl oyununu da qeyd edərdim. Roman Qriqorçuk da ağıllı, işini bilən məşqçidir. "Qəbələ"nin oyunu xoşuma gəlir. Amma bu avrokubok mövsümündə onun klubu zəif çıxış etdi. Buna görə də Qurbanovun Qriqorçuku qabaqlaması normaldır. Robert Prosineçkiyə gəlincə, millimiz DÇ-2018-in seçmə mərhələsində uğurlu çıxışını davam etdirsə, xorvatiyalı mütəxəssis gələn il ən yaxşı məşqçi seçilə bilər".