Şəmkir sabiq qapıçısını geri qaytardı
19 dekabr 2016 00:25
Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir" heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, bölgə klubu Rauf Mehdiyevi heyətinə qatıb.
Bir vaxtlar “Şəmkir”in çərçivəsini qoruyan əlcək sahibi indi “ağ-qırmızılar”ın qapıçılarla işləyən məşqçisi vəzifəsində çalışacaq. Bu gün onunla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 40 yaşlı Mehdiyev futbolçu kimi “Şəmkir”in heyətində 2 dəfə ölkə çempionu adını qazanıb.