Eddi oynadı, komandası qalib gəldi
19 dekabr 2016 11:00
Futbol üzrə İspaniya ikinci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sevilya Atletiko" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 4:1.
İsrafilov bu görüşün 79-cu dəqiqəsində meydana çıxıb.
"Kadis" 19 turdan sonra 30 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.