Hacıyevin müqaviləsi Qəbələyə keçidinə mane olur
19 dekabr 2016 12:40

"Qəbələ" "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevi sıralarına qatmaq istəyir. Azerisport.az xəbər verir ki, gənc futbolçunun paytaxt klubu ilə müqaviləsinin olması bu keçidə problem yaradır.
Bölgə təmsilçisi isə onun transfer haqqını ödəməklə almaqda maraqlı deyil. Onlar yalnız bir şərtlə Rəhmanı transfer etmək istəyirlər ki, futbolçu azad agent statusu alsın.