PFL klublara 28 gün vaxt verdi
19 dekabr 2016 13:00
Dekabrın 21-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, məhz həmin oyunlardan sonra elita klubları qış fasiləsinə yollanacaqlar.
Peşəkar Futbol Liqasından aldığımız məlumata görə, klublar qış fasiləsi zamanı heyətə qatacaqları yeni transferləri yanvarın 4-dən 31-nə qədər olan müddətdə qeydiyyatdan keçirə biləcəklər.