“Milliyə Rusiyada çıxış edən daha bir neçə futbolçu dəvət etmək lazımdır”

Rusiyanın U-16 yığmasının və Moskva "Spartak"ının müdafiəçisi Turqay Möhbalıyev Azərbaycan millisinin güclənməsi barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan və Türkiyə futbolunda baş verənlərlə maraqlanıram. Azərbaycandakı hadisələr barədə mənə atam məlumat verir. Amma özüm də Azərbaycan və Türkiyə yığmalarının oyunlarını izləyirəm. Azərbaycan millisi xeyli artırıb. Ramil Şeydayevlə Emin Mahmudovun gəlişi yığmanı gücləndirib. Komanda artıq hər oyunda sonadək mübarizə aparır. Ümid edirəm ki, Azərbaycan yığması da Rusiyada keçiriləcək DÇ-2018-ə vəsiqə qazanacaq. Mənə elə gəlir ki, milliyə Rusiyada çıxış edən daha bir neçə futbolçu dəvət etmək lazımdır. Məsələn, "Spartak"dakı Ayaz Quliyevi. O, yığmaya kömək edər. Mənim karyerama gəlincə, üç il ərzində "Spartak"ın əsas heyətinə düşmək istəyirəm. Ondan sonra yığma barədə danışmaq olar".