Qarabağ legionerlərini erkən yola saldı
19 dekabr 2016 17:00
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı "Sumqayıt"la cavab oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu görüşdə ehtiyat qüvvəni meydana buraxacaq.
Buna səbəb Ağdam klubunun legionerlərini vaxtından öncə vətənlərinə yola salmasıdır. İlk oyunda sumqayıtlıları 6:0 hesabıyla məğlub edən ağdamlılar üçün cavab görüşü formal xarakter daşıyır. Bu üzdən də dekabrın 21-də meydana yalnız yerli futbolçular çıxacaqlar.