Neftçi ilk rəqibini rəsmən açıqladı
19 dekabr 2016 17:30
“Neftçi” PFK-nın əsas komandası yanvarın 4-dən 21-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində 5 yoxlama oyunu nəzərdə tutulub.
Komandanın ilk rəqibi artıq bəllidir. Bu, Türkiyənin 1-ci Liqası təmsilçisi “Sivasspor” olacaq. Oyun yanvar ayının 8-də baş tutacaq.