Baş katib Abas Əzimovu təbrik edib
19 dekabr 2016 22:30

Əməkdar jurnalist, uzun illərdir futbol sahəsində fəaliyyət göstərən, hazırda AFFA-nın nəzdindəki Futbol Muzeyinin direktoru vəzifəsində çalışan Abas Əzimovun 80 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, əlamətdar yubileyi münasibətilə bu gün AFFA-nın baş katibi Elxan Məmmədov A.Əzimovla görüşüb, ona cansağlığı arzulayıb və AFFA-nın adından Azərbaycan milli komandasının futbolkasını yubilyara hədiyyə edib.