Millimizin oyunlarının təqvimi açıqlandı
20 dekabr 2016 00:05
Gələn ilin yanvar ayında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirin təqvimi məlum olub. Azerisport.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət milli komandamız turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək.
Yığmamız yanvarın 11-də Qazaxıstan, 13-də isə Slovakiya ilə qarşılaşacaq.
C qrupu
9 yanvar
13:00. Litva - Azərbaycan
15:15. Slovakiya - Qazaxıstan
11 yanvar
13:00. Qazaxıstan - Azərbaycan
15:15. Slovakiya - Litva
13 yanvar
13:00. Litva - Qazaxıstan
15:15. Azərbaycan - Slovakiya
Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.