Dəniz Yılmaz oynadı, komandası qalib gəldi
20 dekabr 2016 00:10
Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Antalyaspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 88-ci dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 27 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.