Vəli Qasımov ilin ən yaxşı baş məşqçisi və futbolçusunu açıqladı

"Neftçi"nin sabiq çalışdırıcısı Vəli Qasımov geridə qoymağa hazırlaşdığımız ilin ən yaxşı məşqçisi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlin ən yaxşı futbolçusu kimi Qara Qarayevi seçərdim. Onun sabit oyunu, sərgilədiyi futbol xoşuma gəlir. Rəşad Sadıqov o qədər də sabit oyun göstərmədi. Amma onun təcrübəsi çıxış etdiyi komandalar üçün çox faydalı oldu. İlin ən yaxşı məşqçisinə gəlincə, birmənalı olaraq Qurban Qurbanovu seçərəm. O, bu il də çox böyük işlər gördü. Robert Prosineçki də yığmamızda görülməyən nəticələrə imza atdı. Amma Azərbaycan yığmasının daha yaxşı oyun sərgiləməsi arzulanandır. Prosineçkinin bu cür nəticələrə imza atmasında bəxt daha çox rol oynadı, nəinki komandasının sərgilədiyi oyun. Amma Qurbanovlu "Qarabağ"ın oyunu daha parlaq və sabit idi".