Şəmkir daha bir futbolçu transfer etdi
21 dekabr 2016 15:00

Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan “Şəmkir” heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, Birinci Divizion təmsilçisi bu dəfə “Qaradağ Lökbatan”dan Cəmil Rəhimlini transfer edib.
Müdafiəçi daha öncə “Xəzər Lənkəran”, “Rəvan”, “Neftçala” klublarının da şərəfini qoruyub.