Millimizin AÇ-yə gedəcək heyəti açıqlandı
20 may 2011 12:37

Mayın 27-dən 29-dək Belarusun Minsk şəhərində bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisinin üzvləri də qüvvələrini sınayacaqlar.
Artıq Azərbaycan yığma komandasının bu çempionat üçün heyəti də müəyyənləşib. Komandamızın tərkibi belədi:
Senior gimnastlar: Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı.
Yeniyetmələrdən ibarət qrup komandası: Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyana Vasileva.
Çempionatın proqramı isə belədi:
27 may
12.00-14.00 (Bakı vaxtı ilə) yeniyetmələrdən ibarət qrup komandaları (çoxnövçülük, 5 ip) 21.45-21.45 açılış mərasimi
22.00-00.00 senior gimnastlar (komanda hesabı, Aliyə Qarayeva və Zeynəb Cavadlı, halqa və top)
28 may
12.00-14.00 yeniyetmələrdən ibarət qrup komandaları (çoxnövçülük, 5 ip)
21.30-23.30 senior gimnastlar (komanda hesabı, Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, gürzlər və lent)
29 may
13.00-13.45 yeniyetmələrdən ibarət qrup komandaları, final (5 ip)
15.30-17.40 senior gimnastlar, finallar (halqa, top, gürzlər, lent) 18.30 bağlanış mərasimi