Yığmamız AÇ-yə 4-cü yerlə başladı
28 may 2011 11:41

Minskdə bədii gimnastika üzrə 27-ci Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, "Minsk-Arena" idman kopleksinin xalçasına ilk olaraq yeniyetmələrin qrup komandaları çıxıb.
Halqalarla ilk hərəkətlərdən sonra Azərbaycan gimnastları (Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsrə Bağıyeva, Aynur Cabbarlı və Siyana Vasileva) 24.900 balla hələ ki, dördüncü yeri tuturlar. Liderliyə çempionat sahibi - Belarus idmançıları çıxıb. Onların ardınca İsrail idmançıları gəlir, üçüncü yerdə isə Rusiya komandasıdı.
Mayın 28-də qadınlar gürzlərlər və lentlə çıxış edəcəklər, gecə yarısı isə çoxnovçülüyün yekunları üzrə mükafatlandırma olacaq. Bazar günü ayrı-ayrı çıxışlar üzrə finallar olacaq. Minsk çempionatı dünya gimnastikasının ulduzlarının iştirakı ilə qala-konsertlə başa çatacaq.