Azərbaycan Avropa çempionatına ev sahibliyi edəcək
9 fevral 2012 18:09

Bakı bədii gimnastika üzrə Avropa çempionatının ev sahibliyinə hazırlaşır. Azerisport.az xəbər verir ki, 2014-cü ildə keçiriləcək qitə birinciliyi məhz Azərbaycanda baş tutacaq.
Turnirin özü Olimpiya gimnastika kompleksində keçiriləcək. Hansı ki, sözügedən idman sarayının “Koroğlu” metrosunun yaxınlığında tikilməsi gözlənilir.
Gözlənilir ki, Azərbaycandakı AÇ-də 35-dən çox ölkənin gimnastları qüvvəsini sınayacaq.