Azərbaycan gimnastları Avropa çempionatının finalında
3 iyun 2012 14:23
Nijni Novqorodda bədii gimnastika üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, komanda çoxnövçülüyünün yekunlarına görə, yuniorlar arasında proqramın ayrı-ayrı növləri üzrə finalçılar müəyyən edilib.
Nilufər Niftəliyeva halqa və gürzlə, Marina Durunda top, Gülsüm Şəfizadə lentlə hərəkətlərin finalında yarışacaqlar.
Komanda çoxnövçülüyündə Azərbaycan yığması 102,925 xalla 5-ci olub. Qızıl medala isə 109,850 xalla Rusiya idmançıları layiq görülüblər.