Azərbaycan çempionatı başa çatdı
28 iyun 2012 17:26

Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi ölkə çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, Aliyə Qarayeva çoxnövçülükdə və proqramın digər dörd növündə (halqa, top, lent, gürz) ən yaxşı nəticə göstərərək çoxnövçülükdə beşqat ölkə çempionu olub.
Çoxnövçülükdə və proqramın digər dörd növündə gümüş medalı Lalə Yusifova, bürünc medalı isə Ayşə Mustafayeva qazanıb.
Gənclərin turnirində çoxnövçülükdə Nilufər Niftəliyeva birinci olub. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Mənsurə Bağıyeva və Gülsüm Şəfizadə tutublar.