Təmsilçilərimiz beynəlxalq turnirdə birinci oldular
8 oktyabr 2012 15:26

İtaliyanın Prato şəhərində keçirilən Beynəlxalq "Trophy Banca Popolare di Vicenza 2012" turniri iki azərbaycanlı gimnastın uğurları ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, buna səbəb ölkələrin mükafatlandırılması zamanı gimnastlarımız Lalə Yusifova və Marina Durundanın fəxri kürsünün ən yüksək pilləsinə qalxmalarıdır.
Onlar ev sahibləri və həmişə güclü rəqib olan Belarus komandasını (London Olimpiadasının iştirakçısı və dünya çempionatının bürünc mükafatçısı Melitina Stanyut) geridə qoyaraq birinci yeri tutublar. Bakıdan olan 15 yaşlı gimnast Marina Durunda böyük üstünlüklə qələbə qazanıb. Bürünc medal qazanan Lalə Yusifova növbəti medalı kollektivimizin hesabına yazdırıb.