Azərbaycan gimnastı Berlin Qran-prisinin ikiqat mükafatçısıdı!
23 oktyabr 2012 13:46

Bədii gimnastika üzrə Berlində keçirilən Qran-pri turnirində Azərbaycan gimnastı Lalə Yusifova iki medal qazanıb. Azerisport.az xəbər verir ki, bu yaxınlarda Bakı çempionatının qalibi olmuş Lalə Yusifova gürz ilə hərəkətlərin finalında 27,4 xal toplayaraq ikinci, lent ilə kombinasiyanı finalda yerinə yetirəndən sonra isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb (26,7).
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, Lalənin finalda gürz ilə hərəkətləri daha güclü təsir bağışlayıb.
Ölkə yığmasının lideri Aliyə Qarayeva Biyella şəhərində keçirilmiş İtaliya klub çempionatının A 1 seriyasının birinci turunda çıxış edib. Qarayevanın “Ritmika Premont” komandası 6-cı yeri tutub, Aliyə özü isə lent ilə hərəkətlərdə 27,45 bal toplayaraq kollektivdə birinci və bu əşya ilə çıxış edən gimnastlar arasında ikinci yeri tutub. A seriyasının ikinci turu noyabrın 3-də Çiyeti şəhərciyində keçiriləcək.