Azərbaycanı Vyanada Fərid və Nərgiz təmsil edəcəklər
29 oktyabr 2012 16:22

Noyabrın 16-dan 19-dək Avstriya pataxtı Vyana şəhərində idman rəqsləri üzrə növbəti dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda Azərbaycanı idman rəqsləri üzrə yığma komandamızın üzvləri Fərid Mehdiyev və Nərgiz Osmanova təmsil edəcəklər.