19-cu Azərbaycan birinciliyi keçirilib (FOTO)
17 noyabr 2012 00:35

Bakıda bədii gimnastika üzrə cari ilin yekun yarışı - 19-cu Azərbaycan birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışlar beş yaş qrupuna (1997-1999, 2000-2001, 2002, 2003 və 2004-cü il təvəllüdlü) bölünüb, ümumilikdə isə 93 gimnast iştirak edib.
Gimnastlar yalnız çoxnövçülükdə medallar uğrunda mübarizə aparıblar. Yarışlarda "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və "Spartak", DİN-in İdman Cəmiyyəti və "Sərhədçi", "Bakı" PİK və Nizami rayonunun UGYM-nin gimnastları ilə yanaşı, Xırdalan, Gəncə, Qusar və Sumqayıt idmançıları da iştirak ediblər.
2003-cü il təvəllüdlü gimnastlar arasında birinci yeri Aydan Ağayeva, ikinci yeri Ləman Hüseynova, üçüncü yeri isə Darya Farşbafşəhriyari tutub.
2004-cü il təvəllüdlü idmançılar arasında isə ilk üç yerə müvafiq olaraq, Lalə Kramarenko, Nərmin Səmədova və Arzu Cəlilova layiq görülüblər.