Bakı dünya çempionatına ev sahibliyi edəcək
11 may 2013 11:15

Bir çox dünya və Avropa çempionatınlarına ev sahibliyi edən Bakı növbəti mötəbər turnirə hazırlaşır. Azerisport.az xəbər verir ki, Liverpulda Beynəlxalq Gimnasitka Federasiyası Şurasının (FIG) iclasında Azərbaycan üçün olduqca əhəmiyyətli qərar qəbul edilib.
Qərara görə bədii gimnastika üzrə sayca 37-ci olan dünya çempionatı 2019-cu ildə Bakıda keçirləcək. Çempionatın Bakıda tikilməkdən olan yeni gimnastika mərkəzində keçiriləcəyi gözlənilir.