Azərbaycan gimnastları dünya kubokuna yolandılar
17 may 2013 00:33
Mayın 17-dən 19-dək Belarusun paytaxtında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda azərbaycanlı gimnast qızlar da iştirak edəcəklər.
Şəxsi turnirdə Marina Durunda və Lalə Yusifova medallar uğrunda mübarizə aparacaqlar. Qrup komandasını Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova, Siyana Vasilyeva və Aliyə Paşayeva təmsil edəcəklər.